Понедельник, 29.04.2024, 08:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 6 » Masallıda tövlə yanıb
22:03
Masallıda tövlə yanıb


Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 6-da saat 16.00 radələrində rayonun Qasımlı kənd saki, 1970-ci il təvəllüdlü Əşrəf Hüseyn oğlu Hüseynova məxsus ümumi sahəsi 275 kv.m olan tövlədə qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib və onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, tövlənin dam örtüyünün yanar konstruksiyaları 97 kv.m sahədə və çardağına yığılmış 500 kq ot bağlaması yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 213 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031