Понедельник, 06.05.2024, 08:01
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 21 » Masallıda sahibkarlar üçün treninqlər keçirilib
18:55
Masallıda sahibkarlar üçün treninqlər keçirilib


Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı Masallı rayonunda sahibkarlar üçün «Biznes planların və investisiya layihələrinin hazırlanması» və «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzularında treninqlər keçirilib.   

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, treninqlərdə Masallı rayonunda fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak edib. Tədbir iştirakçılarına biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamının təşkili, Avropa İttifaqı ölkələrinə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramı («GSP+») və onun biznes üçün potensial faydası və s. barədə geniş məlumat verilib.

Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
 
Просмотров: 246 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930