Воскресенье, 05.05.2024, 15:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 7 » Masallıda Qarabağ əlillərinə yeni mənzil verilib
16:22
Masallıda Qarabağ əlillərinə yeni mənzil verilib


Masallıda I qrup Qarabağ əlili Abuş İbrahim oğlu Quliyevə və II qrup Qarabağ əlili Elşən Muğdat oğlu Nurəliyevə yeni mənzillərin orderləri təqdim olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxrarlı çıxış edərək, ölkəmizdə imtiyazlı vətəndaşlara, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından danışıb. Indiyəcən rayonda 8, 32 və 36 mənzilli üç yeni yaşayış binasının, 5-dən çox fərdi yaşayış evinin tikilərək şəhid ailələrinin, Qarabağ, Əfqanıstan və Çernobıl əlillərinin istifadəsinə verildiyini qeyd edən N.Muxrarlı, yeni mənzillərin order və açarlarını sahiblərinə təqdim edərək, onlara rayon rəhbərliyinin təbrikini çatdırıb. Qarabağ əlilləri A.Quliyev və E.Nurəliyev göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirərək, respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bəyan ediblər.

Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930