Понедельник, 06.05.2024, 16:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 18 » Masallıda polis şöbəsində intihar olub
22:16
Masallıda polis şöbəsində intihar olub


Masallı Rayon  Polis Şöbəsində intihar hadisəsi baş verib. Bu barədə APA-ya rayon hüquq-mühafizə orqanlarından bildirilib.   

Hadisə bu gün polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında qeydə alınıb. Orada saxlanılan, 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov özünü asaraq intihar edib. 

Məlumata görə, adıçəkilən şəxs bu ilin iyun ayında qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilib. Onunla bağlı bir neçə dəfə məhkəmə prosesi keçirilib. Bu gün keçirilən prosesdə o, məhkəmə istintaqının uzanmasına etiraz edib. V. Ələkbərov təcridxanaya qayıdandan sonra intihar edib. 

APA-nın əldə etdiyi digər məlumata görə isə bu gün məhkəmədə V. Ələkbərova 8 il iş istənilib. O, cəzanın ağırlığına etiraz olaraq bu addımı atıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
 
Просмотров: 261 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031