Понедельник, 29.04.2024, 06:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 12 » Masallıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
15:03
Masallıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub


Masallı rayonunda piyadanı vuraraq hadisə yerindən qaçmış sürücü həbs olunub. APA-nın Cənub bürosunun məlumatına görə, iyulun 6-da gecə saat 04.20 radələrində Masallı-Boradigah şose yolunun rayonun Ərkivan qəsəbəsi ərazindən keçən hissəsində yolun kənarında dayanmış piyada, Masallının Mahmudavar kənd sakini, 1968-ci il təvəllüdlü Zabil Sabir oğlu Cəbiyevi naməlum avtomobil tərəfindən vurulub.   Z.Cəbiyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Onu vuran avtomobilin sürücüsü isə hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Cəbiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törətmiş "VAZ-21074" markalı avtomaşının sürücüsü, rayonun Boradigah qəsəbə sakini Elçin Rzayev tutularaq istintaq orqanlarına təhvil verilib.
Onun barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
Просмотров: 247 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031