Суббота, 27.04.2024, 08:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 9 » Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
11:04
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb


Ötən gecə Masallının Göytəpə şəhəri istiqamətinə gedən hissəsində "Jiquli” markalı avtomobil yolların buz bağlaması səbəbindən sürüşərək qəzaya uğrayıb.

Bu barədə Məhkəmə Tibbi Ekspertizası və potoloji anatomiya birliyinin Masallı zona mərkəzinin rəisi Alışan Təhməzov məlumat verib.

Məlumata görə, avtomobilin aşması nəticəsində çoxsaylı baş, bədən xəsarəti alan sürücü Masallı rayonunun Alışanlı kənd sakini 1968-ci il təvəllüdlü İlqar Məhərrəməli oğlu İmanov hadisə yerində keçinib.

Avtomobildə və ərazidə kimsə olmadığından mərhum səhər saatlarınadək hadisə yerində qalıb. Ailə üzvləri səhərə qədər onu axtarıblar.

Faktla bağlı araşdırmalar aparılır.
Просмотров: 268 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829