Понедельник, 29.04.2024, 08:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 14 » Masallıda meşə yanğınları ilə bağlı qabaqlayıcı tədbirlər görülür
17:28
Masallıda meşə yanğınları ilə bağlı qabaqlayıcı tədbirlər görülür


Masallıda hazırda 16,663 ha meşə sahəsi mövcuddur.

Rayonda yay mövsümündə baş verə biləcək meşə yanğınlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Bu barədə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Hidayət Novruzov məlumat verib.  


O bildirib ki, meşə zolaqlarına yaxın yerlərdə xəbərdaredici şüarlar vurulur, əkin sahələri ilə meşə arasındakı ərazilər traktorla şumlanır.

Müəssisə direktorunun sözlərinə görə, daha çox isti yay günlərində istirahətdə olan insanların laqeydliyi üzündən hər il meşələrdə yanğınlar baş verir.

"Kənd adamları meşədə nəhəng ağacların koğuşundakı arı ailəsini yığmaqdan ötrü təzək yandırırlar. Bu zaman meşənin dərinliklərində baş verən yanğınlar meşəyə xeyli ziyan vurur. Pay torpaqlarında taxıl biçiləndən, ot çalınıb daşınandan sonra yandırılan sahələrdəki alov meşələrə keçir”.

Masallı meşə təsərrüfatı və bərpası idarəsinin ən ağrılı yerlərindən biri də meşə ərazilərində yüksək gərginlikli elektrik xətlərinin keçməsidir.

"Meşə zolaqlarında elktrik dirəkləri bir-birinə uzaq olduğundan küləkli havada yüksək gərginlikli naqillərin sürtünməsi nəticəsində qısaqapanma baş verir və bu zaman da meşə yanğınlarına şərait yaranır”.

Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930