Пятница, 29.03.2024, 15:43
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 25 » Masallıda maskalı şəxslər ər-arvadı döyərək qarət ediblər
22:43
Masallıda maskalı şəxslər ər-arvadı döyərək qarət ediblər

Masallı. Ağəddin Babayev – APA. Masallıda maskalı şəxslər evə basqın ediblər.APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saat 03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində baş verib.

Üç nəfər maskalı şəxs qəsəbə sakini, 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onlardan pul tələb ediblər. Maskalılar evdəki uşaqların da əl-qolunu, ağzını bağlayıb, onlara fiziki güc tətbiq ediblər. Onlar ev sahibəsinin qızıl boyunbağısını, üzüyünü, 2 mobil telefonu və daha bir neçə qiymətli əşyanı qarət edərək, aradan çıxıblar. 

İlqar Məmmədov və həyat yoldaşı Qərənfil Məmmədova Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilmiş xəstələrin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla  bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.  Hadisə törədənlərin yaxalanması istiqamətində zəruri istintaq-axtarış tədbirləri görülür.  

Просмотров: 271 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031