Воскресенье, 05.05.2024, 15:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 18 » Masallıda kompleks mülki müdafiə təlimi keçirilib
17:23
Masallıda kompleks mülki müdafiə təlimi keçirilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına müvafiq olaraq Masallı rayonunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.


APA-nın cənub bürosunun məlumatına görə, FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş idarəsinin Lənkəran Regional fövqəladə hallar və mülkü müdafiə şöbəsi tərəfindən keçirilən təlimə Masallı Rayon İcra Hakimiyyətinin mərkəzi aparatı, rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, eləcə də təsərrüfat obyektləri cəlb olunub. Kompleks təlimin keçirilməsində məqsəd fövqəladə hadisə zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, baş vermiş hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz əraziyə təxliyəsi işlərinin aparılması və s. bu kimi tapşırıqlar yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacaqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsiz qaydalarına ciddi riayət olunmasına yönəldilib. Təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 214 nəfər şəxsi heyəti və 33 ədəd texnikası iştirak edib.
Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930