Понедельник, 06.05.2024, 19:47
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 25 » Masallıda Dövlət Gömrük Komitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş taekvando üzrə Azərbaycan birinciliyi keçirilib
17:14
Masallıda Dövlət Gömrük Komitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş taekvando üzrə Azərbaycan birinciliyi keçirilib

Mas

allı  

Masallı Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsinin (DGK) yaranmasının 20 illiyinə həsr olunmuş taekvando üzrə 1995-1997-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında Azərbaycan açıq birinciliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları və tədbir iştirakçılarını salamlayıb və gömrük işçilərini 20 illik yubiley münasibətilə təbrik  edib. Natiq bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2012-ci ilin "İdman ili” elan olunması ölkəmizdə idman sahəsində daha böyük uğurların qazanılmasına, idmanın maddi-texniki bazasının genişləndirilməsinə böyük şərait yaradacaq. Bu istiqamətdə Masallı rayonunda da həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

        Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan ətraflı bəhs ediblər.

       Daha sonra turnir start götürüb, müxtəlif çəki növü üzrə 17 komandanın gərgin mübarizəsi başlayıb. İki gün davam edən yarışlarda qaliblərə kubok və medallar, fərqlənən idmançılara isə qiymətli hədiyyələr və diplomlar verilib.

allı  

Mas  

Просмотров: 267 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031