Понедельник, 06.05.2024, 23:04
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 19 » Masallıda Boks mərkəzi və Gənclər evi tikilir
17:25
Masallıda Boks mərkəzi və Gənclər evi tikilir


Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin "İdman ili” elan olunması ilə əlaqədar Masallı rayonunda Boks mərkəzinin və Gənclər evinin tikintisinə başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Talişxanov küçəsində inşa olunan Gənclər evinin ümumi sahəsi 1,7 hektardır.
İkimərtəbəli binada kinoklub, sərgi salonu, rəsm qalereyası, internet klubu, elektron kitabxana, idman otaqları, dərnək, emalatxana, konfrans zalı və həmçinin kafe fəaliyyət göstərəcək. Tikilməkdə olan boks mərkəzinin ümumi sahəsi isə 0,5 hektardır. Birmərtəbəli binada idmançılar üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub. Dövlət vəsaiti hesabına inşa olunan hər iki obyekt cari ilin sonunadək istifadəyə veriləcək.
Просмотров: 233 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031