Вторник, 07.05.2024, 12:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 16 » Masallıda Beynəlxalq Folklor Festivalı keçiriləcək
19:03
Masallıda Beynəlxalq Folklor Festivalı keçiriləcək


Sentyabr ayının 7-dən 10-a kimi Masallı şəhərində Beynəlxalq Folklor Festivalı keçiriləcək. Bu barədə APA-nın Cənub bürosuna tədbirin təşkilat komitəsindən məlumat verilib. Məlumata görə, festivalda Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya ölkələrindən folklor qruplarının iştirakı nəzərdə tutulub.   Qonaqlar öz xalqlarına məxsus folklor nümunələrini nümayiş etdirəcək, Azərbaycanın sənət inciləri ilə tanış olacaqlar. 

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı” elan edilib. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı hazırlanıb. İndiyədək rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış və s. kütləvi tədbirlər keçirilib.
 
Просмотров: 315 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031