Понедельник, 06.05.2024, 03:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 7 » Masallıda Beynəlxalq Folklor Festivalı başlayıb
16:37
Masallıda Beynəlxalq Folklor Festivalı başlayıb


Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı şəhərində Beynəlxalq Folklor Festivalı başlayıb. APA-nın Cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran və Latviya ölkələrindən 20-yə yaxın folklor ansamblı və qrupu öz məharətini göstərir. Sentyabrın 9-a kimi davam edəcək tədbirin birinci günü Masallı şəhərindəki Heydər Əliyev Xatirə Parkının qarşısındakı meydanda festivalın təntənəli açılış mərasimi olub, daha sonra iştirakçılar öz xalqlarına məxsus folklor nümunələrini nümayiş etdiriblər. Tədbirin davamı olaraq Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında qonaqlar Azərbaycanın sənət inciləri, milli mətbəxi, adət-ənənəsi ilə tanış olublar. 
 Sabah isə festival iştirakçıları rayonun Boradigah qəsəbəsində və Şərəfə kəndində konsert proqramı ilə çıxış edəcəklər. 

 Sentyabrın 9-da - festivalın bağlanış mərasimində bütün iştirakçılara təşkilat komitəsinin diplomları və xatirə hədiyyələri təqdim olunacaq.

 Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən, Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı” elan edilib. 
 Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı hazırlanıb. İndiyədək rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış və s. kütləvi tədbirlər keçirilib.
Просмотров: 229 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930