Понедельник, 06.05.2024, 09:46
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 10 » Masallıda Beynəlxalq Folklor Festivalı başa çatıb
13:10
Masallıda Beynəlxalq Folklor Festivalı başa çatıb

      

  Masallı. Ağəddin Babayev – APA. Sentyabrın 7-dən Masallı rayonunda başlayan dördgünlük Beynəlxalq Folklor Festivalı başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, möhtəşəm tədbir Masallı Olimpiya İdman Kompleksində yekunlaşıb. Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildikdən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivalda iştirak etmiş  bütün kollektivlərə Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə  hədiyyələri təqdim edib. Daha sonra Rusiya, İran, Türkiyə, Latviya, o cümlədən Naxçıvan və Masallının folklor ansamblları və qrupları möhtəşəm konsert  proqramı ilə çıxış edərək, bir daha məharətlərini nümayiş etdiriblər.

      Qonaqlar Masallıda keçirdikləri günləri uzun müddət unutmayacaqlarını bildiriblər. Onlar dəfələrlə təkrarlayıbar ki, Masallı istənilən Beynəlxalq mədəni tədbirə ev sahibliyi edə bilər.

      Latviyanı Azərbaycanda keçirilən "Eurovision 2012” mahnı müsabiqəsində təmsil etmiş Anmarinin  ifasında Polad Bülbüloğlunun məşhur "Gəl, ey səhər!” mahnısınının Azərbaycan dilində səslənməsi tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.

       Qeyd edək ki,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı” elan edilib. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı hazırlanıb. İndiyədək rayonun ayrı-ayrı ərazilərində 
Просмотров: 227 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930