Понедельник, 06.05.2024, 08:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 15 » Masallıda beş yeni məktəbin açılışı olub
16:03
Masallıda beş yeni məktəbin açılışı olub

      

Masallı. Ağəddin Babayev – APA. Sentyabrın 15-də Masallı rayonunda inşası başa çatdırılmış beş yeni məktəb binası istifadəyə veririb.  APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Dəmirçi kəndində ikimərtəbəli, 220 yerlik ümumi orta məktəbinin uşaqların ixiyarına verilməsi münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyinin, yerli hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, kənd sakinləri, məktəblilər və valideynlər iştirak ediblər. Çıxışlarda Masallıda, o cümlədən təhsil sektorunda gedən inkişaf  "Regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın ardıcıl həyata keçirilməsinin nəticəsi kimi dəyərləndirilib. Bölgələrdə təhsiilin inkişafı üçün göstərilən  diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlıq hisləri ifadə olunub.

      Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra ictimaiyyət nümayəndələri yeni kənd məktəbində yaradılmış şəraitlə tanış olublar. Burada fənn kabinetləri ilə yanaşı, iki laboratoriya, kompüter otağı, həmçinin idman zalı var. Bina istilik sistemi ilə təchiz olunub.

      Daha sonra ictimaiyyətin nümayəndələri Qodaman, Sığıncaq və Köçəkli kəndlərində ikimərtəbəli 360 yerlik, Ərəb kəndində birmərtəbəli 80 yerlik yeni məktəb binalarının açılış mərasiminə qatılıblar. Bütün çıxışlarda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf kursunun prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyi qeyd olunmaqla, dövlətimizin iqtisadi qüdrətinin gündən-günə artdığı, o cümlədən elm və təhsil sahəsində qazanılan uğurların göz qabağında olduğu vurğulanıb.

        Açılış mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvləri Elmira Axundova və Nəriman Əliyev iştirak və çıxış ediblər.

Просмотров: 301 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 2
2 Asiman  
0
sadelik

1 Asiman  
0
sadelik,ferqlenmek

Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930