Понедельник, 29.04.2024, 07:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 5 » Masallıda baş verən yol qəzalarında 7 nəfər xəsarət alıb
20:00
Masallıda baş verən yol qəzalarında 7 nəfər xəsarət alıb


Azərbaycanın Masallı rayonunda iki yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hər iki hadisə bu gün saat 14.00 və 14.05 radələrində Ələt – Astara magistralının 170 və 171-ci kilometrliklərində - Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
?Astara istiqamətində hərəkətdə olan İran İslam Respublikasının vətəndaşı, 28 yaşlı Məhəmməd Kərim oğlu Omraninin idarə etdiyi "KİA” markalı avtomaşın Bərdə şəhər sakini, 28 yaşlı Tural Bədrəddin oğlu Nuriyevin idarə etdiyi "Ford” markalı avtomaşınla toqquşub. Toqquşma nəticəsində hər iki sürücü və "KİA”da olan sərnişinlər- İran İslam Republikasının Rəşt şəhər sakinləri, 28 yaşlı Məhəmmədəli Həsən oğlu Muslimi, 35 yaşlı Hüseyn Qasım oğlu Muğərrəli və Əmin Qasım oğlu Muğərrəli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilə Masallı şəhərindəki regional təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılıb.

Ələt-Astara yolunun Masallı rayonu ərazisində keçən hissəsində daha bir yol qəzası baş verib. Masallının Bambaşı kənd sakini, 25 yaşlı Ziya Mətləb oğlu Seyfullayevin idarə etdiyi "BMV” markalı avtomobil "KAMAZ” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində "BMV” markalı avtomaşın aşıb. Maşında olan sürücü və sərnişin, Masallının Bambaşı kənd sakini, 24 yaşlı Ziyafət Şəmsədin oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masalı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.

Hər iki qəza ilə bağlı araşdırma aparılır.


Просмотров: 234 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930