Понедельник, 29.04.2024, 01:14
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 18 » Masallıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 3 nəfər ağır yaralanıb
13:47
Masallıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 3 nəfər ağır yaralanıb


Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 17-də saat 01.20 radələrində Masallı-Yardımlı şosesinin 4-cü kilometrliyində - rayonun Qəriblər kəndi ərazisində qeydə alınıb. 
 

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əbil Ariz oğlu Qocayevin idarə etdiyi "VAZ-2107" markalı, 90 MZ 048 dövlət nömrə nişanlı, Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Namiq Mayılxan oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, 90 XH 713 dövlət nömrə nişanlı və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü İmanqulu Qardaş oğlu Allahyarovun idarə etdiyi "VAZ-2107" markalı, 90 MC 622 dövlət nömrə nişanlı avtomobillər toqquşub. 

Nəticədə avtomobillərdə olan sərnişinlər - Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Bağır Qadir oğlu Məmmədov, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xəyal İlqar oğlu Rzayev və Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndər Rasim oğlu Əliyev hadisə yerində ölüblər. 

Hər üç avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Просмотров: 282 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930