Воскресенье, 05.05.2024, 15:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 15 » Masallıda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə mükafatların təqdimat mərasimi keçirilib
21:29
Masallıda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə mükafatların təqdimat mərasimi keçirilib


Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında 18 oktyabr 2011-ci il tarixdə sərəncam imzalayıb. Həmin sərəncamla Masallı rayonundan da iki nəfər - Əsədov Cavanşir Nəbi oğlu və Paşayev Səfalı Bayraməli oğlu "Tərəqqi” medalı ilə təltif olunub.
APA-nın cənub bürosunun məlumatına görə, bu gün Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatında həmin şəxslərə medalların təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev təltif olunanları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. "Tərəqqi” medalı alan Cavanşir Əsədov və Səfalı Paşayev yüksək təltifə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını çatdıraraq, bundan sonra da Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930