Понедельник, 29.04.2024, 03:14
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 28 » Masallıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 18-ci ildönümü qeyd olunub
13:14
Masallıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 18-ci ildönümü qeyd olunub



Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyi yaradılmasının 18-ci ildönümü ilə əlaqədar Masallı rayon Gənclər və İdman İdarəsində yığıncaq keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə idarənin rəisi Camal Manafov  "Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Qanununun” , Azərbaycan Gəncliyi Dövlət Proqramının(2011-2015-ci illər), " Azərbaycanın gənc idmançılara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının və digər normativ sənədlərin gənclərin fiziki inkişafında, onların asudə vaxtlarının səmərəli təşkilində müstəsna mövqeyindən danışıb. Masallı idmançılarının rayondaxili və rayondankənar yarışlarda uğurlu çıxışlarından danışan idarə rəisi bu yarışlardan rayona 6 qızıl , 6 gümüş , 9 bürünc medal gətirildiyini bildirib. Hikmət Alışov, Gülgün Niftullayeva Məlikağa Məlikli, Sücaət Orucov, Türkanə Tahirli, Elçin Ələmxanlı kimi idmançılar bu gün masallıların fəxr etdikləri gənclərdir.

     Tədbirdə rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi Babək Məmmədov, Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi Tahir Məmmədov, Şahmat məktəbinin direktoru Famil Fərmanlı, sərbəst güləş üzrə baş hakim Bəhram Məmmədov və digərləri gənclər siyasətinin uğurlarından danışıblar.

      Sonda rayonun İdman həyatında fəal iştirak edən bir qrup müəllim və məşqçiyə mükafatlar verillib.

Просмотров: 306 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031