Суббота, 20.04.2024, 09:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 20 » Masallıda aptek yanıb
06:29
Masallıda aptek yanıb

Masallıda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 19-da saat 21.00 radələrində şəhərin 20 Yanvar küçəsində yerləşən aptekdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 60 kvadratmetr olan aptekin 40 kvadratmetr ərazisi içindəki dərman pereparatları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.  İlkin hesablamalara görə, aptekin sahibi olan Əhməd Rüstəm oğlu Zamanova 15-20 min manat məbləğində maddi ziyan dəyib.

Hadisənin başvermə səbəbləri aparılan ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır. 

Просмотров: 277 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728