Понедельник, 06.05.2024, 18:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 19 » Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib
17:19
Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib


Masallı Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yeniyetmə və gənclərin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyan yarışda 90-a yaxın idmançı qüvvəsini sınayıb.
Müxtəlif çəki dərəcələri üzrə I, II və III yerləri tutmuş idmançılar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.

Rayonun Ərkivan qəsəbə mədəniyyət və idman mərkəzində də 20 Yanvar şəhidlərinin xatirəsi şərəfinə Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib. Yarışda 100-ə yaxın idmançı iştirak edib və ən layiqli 3 pəhləvana Rayon Gənclər və İdman İdarəsinin mükafatları verilib.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031