Понедельник, 06.05.2024, 13:53
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 18 » Masallıda 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib
17:22
Masallıda 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib


Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq 20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərə start verilib.  APA-nın cənub bürosunun məlumatına görə, belə tədbirlərdən biri  20 Yanvar şəhidi İsbəndiyar Zülalovun adını daşıyan İsgəndərli kənd orta məktəbində keçirilib. Tədbirdə çıxış edən RİH aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev Azərbaycan xalqının tarixinə "Qanlı yanvar” kimi daxil olmuş hadisələrdən danışaraq, milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdıqlarını bildirib. Natiq çıxışında həmçinin ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışından sonra 1994-cü ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini, cinayət törədənlərin adlarının geniş ictimaiyyətə çatdırıldığını qeyd edib.

Məktəbin müəllimlərindən Firəngiz Niftiyeva, Museyib Əkbərov və başqaları 20 Yanvar şəhidi İsbəndiyar Zülalovla bağlı xatirələrini dilə gətirərək, onun çalışqan şagird olduğunu, Vətənini canından artıq sevdiyini dilə gətiriblər. Çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində örnək olan şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirərək, Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin həm bütün dünya azərbaycanlılarında, həm də ölkəmizin vətəndaşlarında böyük qürur hissi döğurmaqla yanaşı, qondarma Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli şəkildə həllinə inamın daha da artdığını qeyd ediblər.

            Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.     

Просмотров: 220 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031