Понедельник, 06.05.2024, 20:39
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 20 » Masallıda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib
20:41
Masallıda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib


Bu gün Masallı şəhərindəki Şəhidlər kompleksində 20 Yanvar 1990-cı il şəhidlərinin ümumrayon anım mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin minlərlə rayon sakini faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri düzərək, onların ruhuna dərin ehtiramlarını ifadə ediblər. Şəhidlərin ruhuna dualar oxunub. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompoziya nümayiş etdirilib. Saat 12:00 tamamda isə Azərbaycanın bütün ərazilərində olduğu kimi, Masallıda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, Masallı rayonu 20 yanvar 1990-cı il hadisələri və Qarabağ müharibəsi zamanı ümumilikdə 159 şəhid verib ki, bunlardan da 3 nəfəri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri ada layiq görülüb.

Просмотров: 269 | Добавил: apacenub | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031