Суббота, 04.05.2024, 16:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 20 » Masallıda 20 Yanvar şəhidləri anılıb
14:25
Masallıda 20 Yanvar şəhidləri anılıb


Bu gün Masallı şəhərindəki Qəhrəmanlar parkında 20 Yanvar 1990-cı il şəhidlərinin ümumrayon anım mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin minlərlə rayon sakini faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri düzərək, onların ruhuna dərin ehtiramlarını ifadə ediblər. Şəhidlərin ruhuna dualar oxunub.


Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endirilib, saat 12:00 tamamda isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, avtomobillərdən səs siqnalları verilib.


Qeyd edək ki, Masallı rayonu 20 yanvar 1990-cı il hadisələri və Qarabağ müharibəsi zamanı ümumilikdə 159 şəhid verib ki, bunlardan da 3 nəfəri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri ada layiq görülüb.


Просмотров: 291 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031