Среда, 01.05.2024, 02:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 11 » Masallı sakini “Ginnesin rekordlar kitabı”na düşmək istəyir
07:11
Masallı sakini “Ginnesin rekordlar kitabı”na düşmək istəyir

Masallı sakini Ələmdar Əliyev “Ginnesin rekordlar kitabı”na düşmək iddiasındadı. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Hişkədərə kəndində yaşayan Ələmdar dayının 67 yaşı var. Dünyaya göz açarkən qusurlu doğulduğundan anası ondan imtina edib. Övladının yaşamasını arzulamayan ana, onu qışın oğlan çağında həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalaraq ölmədiyini görən valideynlər uşaqdan imtina etməkdən əl çəkiblər.

Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, amma  bir dəfə də xəstələnmədiyini deyir. Dənizdə çiməndən sonra o, özünü gümrah,  rahat və yüngül  hiss etdiyini bildirir. İndi onun ən böyük arzusu “Ginnesin rekordlar kitabı”na düşməkdir. Ağsaqqal  bu istəyinə nail olmaq üçün illərdir ki, qarlı-şaxtalı havada  Xəzər dənizinə baş vurur.

 Ələmdar Əliyev hazırda Masallı rayon Telekommunikasiya qovşağında montyor işləyir. İş yoldaşlarının sözlərinə görə, Ələmdar kişi ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal və hamıdan əvvəl aradan qaldırır.

 

Qeyd edək ki, havanın temperaturu mənfi 3-4 dərəcə olmasına baxmayaraq,  Ələmdar Əliyev həftədə bir neçə dəfə Xəzər dənizində çimir.

Просмотров: 315 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031