Воскресенье, 28.04.2024, 23:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 4 » Masallı rayonunda yol qəzasında dörd nəfər xəsarət alıb
16:47
Masallı rayonunda yol qəzasında dörd nəfər xəsarət alıb


Azərbaycanın Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 04.00 radələrində Lənkəran-Boradigah şose yolunun 25-ci kilometrliyində - Masallının Türkoba kəndindən keçən ərazidə qeydə alınıb.   Sözü gedən kəndin sakini Asim Nəzərovun idarə etdiyi "Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişinlər-Masallının Türkoba kənd sakinləri Məmməd Nuriyev, Orxan Nəzərov və Culfa rayon sakini Rəşid Baxşəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Просмотров: 273 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031