Понедельник, 06.05.2024, 12:42
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 3 » Mais Mənsimov: “Neftçi”yə qrupda da uğurlar arzulayıram
15:00
Mais Mənsimov: “Neftçi”yə qrupda da uğurlar arzulayıram


Azərbaycan futbol ictimaiyyəti "Neftçi” klubunun Avropa Liqasındakı zəfərinə biganə qalmır. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı yarışlarda ilk dəfə qrup mərhələsinə yüksəlməklə tarix yazan bakılılar təbrik yağışına düşüblər.   

Belə ki, ölkənin digər komandaları kimi, "Xəzər Lənkəran” rəhbərliyi də əzəli rəqibi olan "ağ-qaralar”ı təbrik edib. Cənub təmsilçisinin prezidenti Mais Mənsimov apasport.az saytına açıqlamasında "Neftçi” klubuna təsnifat mərhələsində olduğu kimi, qrupda da uğurlar arzulayıb. 

"Komandamız adından Azərbaycanın bütün futbol ictimaiyyətini və "Neftçi" Peşəkar Futbol Klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Onlar tarixi uğura imza atmaqla, futbolsevərlərimizin arzusunu gerçəkləşdirdilər. Paytaxt təmsilçisinə qrup oyunlarında da uğurlar arzulayıram. İnanıram ki, bakılılar təsnifat mərhələsində olduğu kimi, "İnter”, "Rubin” və "Partizan”la qarşılaşmalarda da Azərbaycan futbolunu layiqincə təmsil edəcəklər” – deyə, Mənsimov bildirib.
 
Просмотров: 308 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930