Воскресенье, 28.04.2024, 17:47
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 4 » Məşhur baxıcının evindən 50 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb
12:03
Məşhur baxıcının evindən 50 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb


Ötən gün Lənkəranda daha bir oğurluq faktı qeydə alınıb. Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Göyşaban kənd sakini, 47 yaşlı Niyaz Cəfərovun evində baş verib. Naməlum şəxslər məscidlə qapıbir qonşu olan Cəfərovların evinə girərək mənzildən ümumilikdə 50 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisə yerinə gələn polis əməliyyatçıları oğruların mənzilə pəncərəni sındıraraq daxil olduqlarını müəyyənləşdiriblər. Evdə hər şeyin, demək olar ki, altı üstə çevrilib. Hadisə baş verən zaman Niyaz Cəfərovun xəstə bacısı evin birinci mərtəbəsində olub. O, ayaq səsləri eşitsə də, bunun qardaşı Niyaz olduğunu zənn edib. Halbuki ev sahibləri Niyaz Cəfərov və onun həyat yoldaşı, məşhur baxıcı Saçlı Cəfərova həmin gün Bakı şəhərində olublar. Hadisə barədə ilk xəbər tutan isə Niyaz Cəfərovun oğlu, iki uşaq atası Rüfət Cəfərov olub. Saxladığı göyərçinlərə yem vermək üçün həyətə düşən Rüfət evin pəncərəsinin açıq olduğundan şübhələnərək bu barədə atasını məlumatlandırır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Просмотров: 326 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031