Вторник, 07.05.2024, 09:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 22 » Əmək qəhrəmanı Qızqayıt Həsənova vəfat edib
18:51
Əmək qəhrəmanı Qızqayıt Həsənova vəfat edib


Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova vəfat edib.

APA-nın cənub bürosuna verilən məlumata görə, Q. Həsənova doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində 78 yaşında dünyasını dəyişib.   

Q. Həsənova 1924-cü ildə anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1947-ci ildə Lenin ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib.

Q. Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib. 

Q. Həsənova V-VI çağırış SSRİ Ali Sovetinin, II-X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. 6 Lenin, 2 Oktyabr İnqilabı, 1 Qırmızı Əmək Bayrağı, 1 Xalqlar Dostluğu ordenləri, müxtəlif medal və dövlət mükafatları ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub.

Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub.
 
Просмотров: 279 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031