Воскресенье, 28.04.2024, 23:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 12 » “Lex”in tarixi səfəri: Lənkərana gəlmək problemə çevrilir
15:07
“Lex”in tarixi səfəri: Lənkərana gəlmək problemə çevrilir


"Lex” rəhbərliyi Avroliqada rəqibləri olan postsovet məkanı təmsilçilərinə səfərlərdən narahatdır. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinə keçəcəyi halda "Xəzər Lənkəran”la qarşılaşacaq Poznan təmsilçisi hazırda Qazaxıstandakı problemlərin əziyyətini çəkir.   

Belə ki, "Jetısu” ilə bugünkü cavab oyununa gəlmək üçün qət edilən yol "Lex”in avrokuboklar tarixində ən uzaq səfəri sayılır. "Jetısu”nun təmsil etdiyi Taldıkorqan şəhəri Çinlə sərhəddə, cəmi 200 kilometr aralıdadır. Poznandan Almatıya təyyarə ilə 19 futbolçuyla yollanan polşalılar ardından dağlıq ərazidə yerləşən şəhərə 3 saat avtobusla getməli olub. 

"Lex” uzaq yolun yorğunluğa görə oyun öncəsi məşqə çıxmayıb. Bundan əlavə, vaxt fərqi də Poznan klubuna mənfi təsir göstərir. Çünki Polşa ilə Qazaxıstan arasında 4 saatlıq fərq var. 

"Xəzər Lənkəran”ın potensial rəqibinin xeyrinə olan amillər isə stadion və "Jetısu”nun hazırkı durumu ilə bağlıdır. Qazaxıstan klubunun stadionu cəmi 5500 min tutumluq olduğundan, "Lex” səfər matçında azarkeş təzyiqi altında oynamayacaq. Qazaxıstan klubu hazırda davam edən çempionatında uğursuz çıxış etdiyindən, düşərgəsində əhval-ruhiyyə heç də yaxşı deyil. 

14 komanda arasında 13-cü yerdə gedən "Jetısu” son turda evdə "Şaxtyor”a 1:5 hesabı ilə uduzub. "Jetısu” – "Lex” oyununun Polşada heç bir telekanalla canlı yayımlanmayacağı bildirilir. 

Qazaxıstanlılara evdə 2:0 hesabı ilə qalib gələn "Lex” növbəti mərhələyə keçəcəyinə inanaraq, növbəti həftə Lənkərana gələcəyini düşünür. Poznan klubu digər postsovet məkanı ölkəsinə də uzaq səfərdən, yaranan çətinliklərdən ehtiyatlanır. Bu, Azərbaycana viza almaq, isti hava və təyyarədə uzun müddət vaxt keçirməkdir.

Qeyd edək ki, "Lex” bunadək avrokuboklarda bizə rəqib olduğundan, ölkəmizə gəlib və "Xəzər Lənkəran”la oynayıb. Ancaq fərq ondadır ki, 4 il öncə Lənkəran klubu qitə miqyaslı turnirində ev oyunlarını Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi.
 
Просмотров: 275 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031