Пятница, 26.04.2024, 09:40
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 22 » Lerikdə yanğın olub
20:41
Lerikdə yanğın olub

Lerik. Ağəddin Babayev - APA. Lerik rayonunda güclü yanğın hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyinin (FHN) Lerik Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 22-də saat 05.30 radələrində rayonun Rəzgov kənd sakini, 1935-ci il təvəllüdlü Fərman Qadir oğlu Məmmədova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Lerik Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 2 yanğınsöndürən maşını cəlb olunub.

Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev içindəki əşyalarla birlikdə, damına yığılmış 3 ton ot bağlaması, eləcə də evə bitişik ümumi sahəsi 68 kv.m olan tövlənin çardağı yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimallara görə, yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

Просмотров: 315 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031