Суббота, 04.05.2024, 14:06
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 29 » Lerikdə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
20:28
Lerikdə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb


Lerik. Ağəddin Babayev – APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin əməkdaşları Lerik rayonunda dövlət nəzarəti planına uyğun reyd keçirərkən yanacaqdoldurma məntəqələrinin birində qanun pozuntuları aşkar ediblər.

APA-nın cənub bürosunun məlumatına görə,  fiziki şəxs Ramin Şiriyevə məxsus yanacaqdoldurma məntəqəsində müştərilərə satılan hər 10 litr benzindən 0,5 litrin kəsilərək onlara xeyli miqdarda ziyanın vurulduğu məlum olub.

 

Reyd zamanı yanacaqdoldurma məntəqəsində həmçinin lisenziyasız fəaliyyət göstərən və hər an təhlükə törədə bilən maye qazdoldurma məntəqəsi də aşkarlanıb.

 

Məntəqədə çalışanlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin əməkdaşlarına fəaliyyətləri ilə bağlı heç bir sənəd təqdim etmədikləri halda, üstəlik onlara hədə-qorxu da gəliblər.

 

İstehlakçıların hüquqlarını təmin etmək məqsədi ilə qeyd olunan yanacaqdoldurma məntəqəsinə tələbnamələr verilib.  Obyektin fəaliyyəti isə müvafiq sənədlər təqdim olunana kimi dayandırılıb.     

Просмотров: 309 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031