Понедельник, 29.04.2024, 07:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 30 » Lerikdə şair-publisist Ağacəfər Həsənlinin yaradıcılıq gecəsi keçirilib
21:19
Lerikdə şair-publisist Ağacəfər Həsənlinin yaradıcılıq gecəsi keçirilib


Lerik. Ağəddin Babayev – APA.  Noyabrın 30-da Lerik şəhər mədəniyət evində respublikanın ədəbi mühitinin tanınmış simalarından olan,  20-dək şeir kitabının, çoxlu sayda publisistik yazıların müəllifi, şair Ağacəfər Həsənlinin yaradıcılıq gecəsi keçirilib.    APA-nın Cənub bürosunun məlumatına görə, Lerik Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə reallaşan tədbirdə ədəbiyyatşünas alim, professor Nizaməddin Şəmsizadə, şair, türkoloq alim Adil Cəmil,  şair Balayar Sadiq,  "Xalq qəzeti”nin məsul katibi, jurnalist İlqar Rüstəmov, iqtisadçı alim, fəlsəfə doktoru Arzuman Muradlı və digərləri iştirak ediblər.

Əvvəlcə tədbirin aparıcısı, jurnalist Hüsaməddin Abbasov Ağacəfər Həsənlinin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra tanınmış alim Nizaməddin Şəmsizadə son illər Azərbaycanın bütün regionları kimi Lerik rayonunun da soasial-iqtisadi inkişafında mühüm uğurların əldə edildiyini, rayonda  elmə, təhsilə, elm adamlarına, mədəniyyət və incəsənət işçilərinə yüksək qayğı və diqqətin göstərildiyini xüsusi qeyd edib. Bu günkü tədbirin də bu qayğının bariz nəticəsi olduğunu vurğulayan natiq Lerikdə doğulub boya-başa çatan şair Ağacəfər Həsənlinin çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.
Şair Adil Cəmil, respublikanın xalq artisti Arif Quliyev, şairin qələm yoldaşları, orta məktəb müəllimləri A.Həsənlinin yaradıcılığından nümunələri səsləndirərək, onun haqqında ürək sözlərini söyləyibər.
Pərəstişkarlarının çoxsaylı suallarını cavablandıran şair Ağacəfər Həsənli müxtəlif mövzularda yazdığı yeni şerlərini oxuyub və doğma diyarda yaradıcılıq gecəsinin təşkilinə görə rayon icra hakimiyyətinə minnətdarlığını bildirib.
Lerik RİH-nin başçısı Rövşən Bağırov çıxışında belə tədbirlərin yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, elmə, təhsilə, ədəbiyyata marağının artmasında mühüm rol oynadığını söyləməklə,  Ağacəfər Həsənliyə bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.
Tədbir rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivi tərfindən maraqlı musiqi nömrələrinin və şairin sözlərinə bəstələnmiş mahnılar ifası ilə başa çatıb.

Просмотров: 290 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930