Среда, 08.05.2024, 01:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Апрель » 10 » Lerikdə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun xatirəsi anılıb
18:08
Lerikdə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun xatirəsi anılıb



Lerik şəhərində Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun abidəsi önündə onun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun icra strukturları və hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimi giriş sözü ilə açan  Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Valeh Müslümovun qısa və mənalı ömür yolundan söz açıb. Bildirilib ki, Valeh Əlizahid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olub. 1983-cü ildə Lerik şəhər 2 saylı orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhər 17 saylı peşə məktəbində təhsil alıb. 1986–1988-ci illərdə ordu sıralarında xidmət edən Valeh 1991-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunda döyüş əməliyyatlarının birində düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarının cəsədlərini götürmək üçün həyatını riskə atıb. Döyüşdə öz cəsurluğu, qorxmazlığı və igidliyi ilə hamının məhəbbətini qazanan Valeh Müslümov 1992-ci ilin aprelin 8-dən 9-na keçən gecə  Ağdərə rayonunun Marquşavan kəndi uğrunda gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərərək, düşmənlə qeyri-bərabər döyüşdə şəhid olan və yaralanan 11 nəfər döyüşçü yoldaşını xilas etməklə onları təhlükəsiz zonaya aparıb. Axırıncı yoldaşını xilas edərkən aldığı ağır yaradan şəhidlik zirvəsinə ucalan Valeh 20 il öncə – 1992-ci il aprelin 10-da uğrunda canını belə əsirgəmədiyi Vətən torpağında torpağa tapşırılıb.

Onun bu igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə "Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olub.

Qəhrəmanın adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta məktəbə onun adı verilib, büstü ucaldılıb. Şəhidlik zirvəsinə ucalmasının 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin dəstəyi ilə Valeh Müslümovun adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılıb.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, Lerik rayon prokuroru Salman Səmədov, Lerik Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin rəisi, kapitan Elməddin Cəfərov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, ağsaqqal Ağaxan Babayev, jurnalist Hüsaməddin Abbasov çıxış edərək, Milli Qəhrəmanın keçdiyi döyüş yolundan söz açıblar. Valeh Müslümovun həyatının bütün gənclər üçün nümunə olduğunu qeyd edən natiqlər ölkəmizdə dövlət başçısının tapşırığı ilə keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildiriblər.

Milli Qəhrəmanın atası Əlizahid Müslümov isə çıxışında göstərilən qayğı və diqqətə,  o cümlədən oğlunun xatirəsinin əziz tutulması üçün rayonda onun büstünün qoyulması, məktəbə, küçəyə adının verilməsi, məktəbdə xatirə muzeyinin yaradılmasına görə ailəsi adından ölkə prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.

Sonda Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində Xatirə muzeyinin açılışı olub. Tədbir iştirakçıları burada Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra Milli Qəhrəmanın yaxınları və bir qrup tədbir iştirakçısı tərəfindən şəhidin məzarı ziyarət olunub, qəbri üstünə tər qərənfillər düzülüb.

Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30