Воскресенье, 28.04.2024, 15:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 23 » Lerik sakini həyat yoldaşını və qayınanasını qətlə yetirib, sonra intihar etdi
20:16
Lerik sakini həyat yoldaşını və qayınanasını qətlə yetirib, sonra intihar etdi
Lerik. Ağəddin Babayev –APA. Azərbaycanın Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıloğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 54 yaşlı Laləni, həyat yoldaşı, 25 yaşlı Məhsətini odlu silahla qətlə yetirib və daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə hər hansı bir açınlanma verilmir.

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. 

Просмотров: 238 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031