Суббота, 04.05.2024, 14:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 29 » Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulmasına başlanıb
17:37
Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulmasına başlanıb


"Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanın dağlıq Lerik şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işinə başlanıb.

Lerik Rayon Su-Kanal İdarəsinin rəisi Asif İmanovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, layihəni nəzərdə tutulmuş müddətdə başa çatdırmaqdan ötrü beton zavodu işə salınıb, 90 km-lik plastik borular, digər avadanlıqlar gətirilib. Layihə çərçivəsində Lerik şəhərinə içməli su 15 km-lik məsafədən - Zuvand çayından veriləcək.

İdarə rəisi indiyədək 260 poqonmetrdən artıq boruların qaynaq edilərək yerə basdırıldığını, su təchizatı üzrə 2 ədəd 500 kubluq və 3 ədəd 400 kubluq içməli su təchizatı rezervuarlarının da qurulacağının nəzərdə tutulduğunu bildirib: ”Abonentləri fasiləsiz içməli su ilə təmin etmək məqsədilə Lerik şəhərində ümumilikdə 41 km uzunluğunda xəttin çəkilməsi planlaşdırılıb. Tikinti-quraşdırma işlərinə isə 200 nəfərlik canlı qüvvə ilə yanaşı, ekskavator, qaynaq aqreqatı, asfaltqazan maşın, ağır tonnajlı yük avtomobilləri və traktorlar cəlb olunub. Layihə başa çatdıqdan sonra dağlıq diyarın 60-a yaxın sakini yeni iş yeri ilə təmin olunacaq.
Просмотров: 284 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031