Понедельник, 06.05.2024, 03:53
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 3 » Lerik rayonundakı arxeoloji düşərgədə tələbələr tərəfindən 6 qədim qəbir aşkarlanıb
10:08
Lerik rayonundakı arxeoloji düşərgədə tələbələr tərəfindən 6 qədim qəbir aşkarlanıb


Avqustun 29-dan Lerik rayonunun Gürdəsər kəndi ərazisində respublikanın müxtəlif ali təhsil müəssisələrindən 50 tələbənin iştirakı ilə təşkil olunmuş arxeoloji yay düşərgəsində aparılan tədqiqatlar zamanı qədim tarixə malik daha 6 qəbir aşkarlanıb.   Bu barədə məlumatı APA-nın Cənub bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminli verib. Onun sözlərinə görə, tələbə gənclərin səyləri nəticəsində aşkarlanmış həmin qəbirlərdəki xeyli sayda olduqca zəngin bəzək əşyaları, silahlar, saxsı qablar da əvvəlki maddi-mədəniyyət tapıntıları kimi 2400-2500 il öncə bu ərazilərdə insanların məskunlaşdığını sübuta yetirir: ”Qazıntılarda əsas maraq doğuran səbəblərdən biri də burada tədqiq olunan qəbirlərin altından yeni qəbirlərin aşkarlanmasıdır. Bu qəbirlər də həmin dövr qəbirlərdir. Bu isə onu göstərir ki, ərazidə olduqca sıx yaşayış olub”. 

Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimovanın sözlərinə görə, arxeoloji düşərgənin təşkil edilməsində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir. İlk belə düşərgə bu ilin iyul ayında Qəbələ rayonunda təşkil edilib və orada 70 nəfərə yaxın tələbə çalışıb. Gənclər və İdman Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə avqustun 29-dan Lerik rayonunda təşkil olunmuş düşərgənin müddəti isə sentyabrın 7-də başa çatacaq. Sonda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək.

Onu da qeyd edək ki, Lerik rayonunda arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri kameral işləmələrdən sonra yerli tarix-diyarşünaslıq muzeyinə və mərkəzi muzeylərə təhvil veriləcək.
 
Просмотров: 439 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930