Суббота, 27.04.2024, 10:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Декабрь » 4 » Lerik rayonunda yanğın hadisəsi baş verib
20:54
Lerik rayonunda yanğın hadisəsi baş verib


Lerik. Ağəddin Babayev – APA. Azərbaycanın dağlıq Lerik rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lerik Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 4-də saat 16.30 radələrində rayonun Andurma kənd sakini, 1956-cı il təvəllüdlü Hacırza Balaxan oğlu Köçəriyevə məxsus ümumi sahəsi 44 kv.m olan tövlədə qeydə alınıb. Hadisə yerinə gələn iki yanğınsöndürən maşının səyləri ilə yanğının yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, tövlənin dam örtüyünün konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanaraq külə dönüb. Yanğının hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31