Вторник, 07.05.2024, 14:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 11 » Lerik rayonunda rabitə kabelini kəsərək oğurlamış şəxslər yaxalanıb
14:22
Lerik rayonunda rabitə kabelini kəsərək oğurlamış şəxslər yaxalanıb


Azərbaycanın Lerik rayonunda rabitə kabelini kəsərək oğurlayan şəxslər ifşa olunub. Lerrik Rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, avqustun 9-da rayonun Veri-Əliabad kənd sakinləri polisə zəng edərək, kəndin ərazisindən keçən rabitə kabelinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şikayət ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Veri-Əliabad kənd elektron tipli ATS-ə gedən istifadə olunmayan kabelin 600 metrlik hissəsinin Lerik rayon Telekkomunikasiya Qovşağının Babaküçə kənd elektron tipli ATS-də işləyən Azad Kazımov və Fəyyaz Məhərrəmov tərəfindən kəsilərək oğurlanması müəyyən edilib. Hər iki şəxs polis tərəfindən saxlanılıb.

       Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031