Вторник, 07.05.2024, 13:53
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 30 » Lerik rayonunda gənclər üçün arxeoloji düşərgə təşkil olunub
18:26
Lerik rayonunda gənclər üçün arxeoloji düşərgə təşkil olunub



Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq bu ildən etibarən respublikanın regionlarında arxeoloji düşərgələrin təşkilinə başlanıb. APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ilk belə arxeoloji düşərgə iyul ayında Qəbələ rayonunda fəaliyyət göstərib. Növbəti düşərgə isə Lerik rayonunun Gürdəsər kəndi ərazisində təşkil olunub. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onları Azərbaycan tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan düşərgədə ölkənin müxtəlif ali təhsil müəssisələrinin 50 -ə yaxın tələbəsi cəmləşib. Bir həftəlik müddətdə onlar Gürdəsər kəndindəki qədim qəbiristanlıqda arxeoloji qazıntı işlərinə cəlb olunacaqlar.

Düşərgənin müddəti bitəndən sonra tələbə gənclərə  sertifikatlar təqdim olunacaq.

Просмотров: 243 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031