Вторник, 07.05.2024, 14:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 15 » Lerik rayonunda 2400 illik yaşı olan maddi-mədəniyyət nümunələri tapılıb
18:21
Lerik rayonunda 2400 illik yaşı olan maddi-mədəniyyət nümunələri tapılıb


Azərbaycanın Lerik rayonunda aparılan qazıntılar zamanı Antik dövrünə aid təxminən 2.200 - 2.400 yaşı olan maddi-mədəniyyət nümunələri tapılıb. Hazırda arxeoloqlar dəniz səviyyəsindən 1.500 metr hündürlükdə 2 hektar ərazinin 150-kv. metirlik sahəsində qazıntı işlərini davam etdirirlər.   APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeoloji ekspedisiyası Lerik şəhərindən 20 kilometr aralıda yerləşən Gürdəsər kəndindəki Piboz təpəsinin şərq hissəsində arxeoloji qazıntılar aparır. Ekspedisiyanın əsas məqsədi Azərbaycan ərazisində Antik dövr üzrə elmi tədqiqat aparıb, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini tədqiq etməkdir. Antik torpaq qəbirlərində aparılan tədqiqatlar zamanı ibtidai icma dövründə mövcud olan ayrı-ayrı arxeoloji mədəniyyətlərin xüsusiyyətlərini tədqiq edib, ibtidai insanların fiziki tipini, onların məşğuliyyətini, əmək alətlərinin texnika tipologiyasını, ovçuluq təsərrüfatını və onun meydana gəlməsi kimi xüsusiyyətləri də tədqiq edilir. Nəticədə isə buradakı torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyrü üstə uzadılmış halda insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin sözlərinə görə, Lerikdə qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri arasındakı əmək alətlərinin, istehsal tullantılarının və digər tapıntıların yaşı 2.400 il və daha əvvələ gedib çıxır. Tədqiqatlar zamanı rast gəlinən od-ocaq layları isə burada məskunlaşan qədim sakinlərin oddan istifadə etmələrinə işarədir.
 
Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031