Суббота, 04.05.2024, 04:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 7 » Lerik rayon sakinini vurub hadisə yerindən qaçmış avtomobilin sürücüsü tutulub
19:12
Lerik rayon sakinini vurub hadisə yerindən qaçmış avtomobilin sürücüsü tutulub



Masallı. Ağəddin Babayev – APA. Lerik rayon sakinini vuraraq hadisə yerindən qaçmış avtomobilin sürücüsü tutularaq istintaq orqanlarına təhvil verilib. Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Elvin Əzimov verib. Onun sözlərinə görə, yanvarın 5-də gecə saat 21.30 radələrində rayonun Qızılağac kəndi ərazisində müəyyən edilməmiş avtomobillə piyada, Lerik rayonunun Nücü kənd sakini, 1952-ci il təvəllüdlü Güloğlan Baloğlan oğlu Teymurov vurulub. Nəticədə G.Teymurov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri sayəsində piyadanı vuraraq hadisə yerindən qaçmış avtomobilin sürücüsünü isti izlərlə saxlamaq mümkün olub. İstintaqla hadisənin Masallı rayonunun Qızılağac kənd sakini, 1987-ci il təvəllüdlü Vasif Əliəfsər oğlu Əliyevin idarə etdiyi "VAZ-2107” markalı, 10 JK 791 dövlət nömrə nişanlı avtomobillə törədildiyi müəyyənləşdirilib.

 

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

 

Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031