Понедельник, 29.04.2024, 07:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 7 » Lerik Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
19:02
Lerik Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib


Lerik. Ağəddin Babayev – APA. Noyabrın 7-də Lerik Rayon Ağsaqqallar Şurasının VII konfransı keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar jurnalisti Həmzə Vəliməmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Rayon Ağsaqqallar Şurası ötən hesabat dövründə öz fəaliyyətini Azərbaycan Ağsaqqallar Şurasının Əsasnaməsi və Nizamnaməsi əsasında qurmaqla, dövlətimiz və hökumətimizin siyasətinin yaşlı nəsil arasında təbliğinə xüsusi diqqət yetirib. Şura üzvləri gənclərin Milli Orduya yola salınmasında yaxından iştirak edərək, onlara Vətənə şərəflə xidmət etməyi məsləhət görüb, xeyir-dualarını veriblər. Rayon Ağsaqqallar Şurasının ərazilərdəki təşkilatları tərəfindən irəli sürülmüş bir sıra dəyərli təşəbbüslər yerli ictimaiyyət tərəfindən yekdilliklə bəyənilib. Hər il olduğu kimi bu il oktyabrın 1-i - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Ağsaqqallar Şurasının xahişi ilə ərazilərdəki imkansız qocalara Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib. Rayon Ağsaqqallar Şurasının Monidigah, Vizəzəmin, Çayrud, Kələxan, Cəngəmiran, Tikəband kəndlərindəki təşkilatları ailələrdə müəyyən narazılıqların aradan qaldırılmasında, yeniyetmələrin faydalı əməyə cəlb olunmasında, valideyn-övlad münasibətlərinin nizamlanmasında xeyli iş görüblər. Bir sıra problemlər məhz ağsaqqalların iştirakı ilə həll olunub.

Məruzə ətrafında çıxış edənlər ötən konfransdan keçən dövr ərzində rayon ağsaqqallar şurasının gördüyü işləri təqdir edərək, bir sıra dəyərli təkliflərini irəli sürüblər. Müzakirələrdən sonra Rayon Ağsaqqallar Şurasının yeni tərkibi seçilib.
Həmzə Vəliməmmədov yenidən Lerik Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

 

Просмотров: 218 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930