Вторник, 07.05.2024, 16:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 11 » Lerikə istirahətə gedən qadın 150 metr hündürlükdən dərəyə yıxılaraq ölüb
14:12
Lerikə istirahətə gedən qadın 150 metr hündürlükdən dərəyə yıxılaraq ölüb


Azərbaycanın Lerik rayonunda bədbəxt hadisə baş verib. Lerik Rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 10-da saat 22.30 radələrində Lənkəran-Lerik şose yolunun 22-ci kilometrliyində - istirahət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.   Istirahət mərkəzindən geri qayıdan Bakı şəhər sakini, 24 yaşlı Günay Mirzağa qızı Babayeva əhvalının pisləşdiyini görüb sürücüdən maşını saxlamağı xahiş edib. Maşından düşən Günay Babayeva qəfildən sürüşərək təqribən 150 metrlik dərəyə yuvarlanıb. Bunu görən maşındakı digər sərnişin - Bakı şəhər sakini, 25 yaşlı Səid Tofiq oğlu Əliyev onu xilas etmək üçün dərəyə düşüb. Onların hər ikisindən xəbər çıxmayıb, buna görə Lənkəran şəhər sakinləri, 26 yaşlı Cavid Ədalət oğlu İsayev və 23 yaşlı Zaur Məsləhət oğlu Quluzadə onların ardınca dərəyə düşməyə cəhd ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb. Xilasedicilərin səyləri ilə dağ çayının kənarındakı dərədən Günay Babayevanın meyiti və müxtəlif bədən xəsarətləri almış digər üç yaralı çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Просмотров: 323 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031