Суббота, 04.05.2024, 11:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 18 » Lerikə bir metrədək qar yağıb, əksər yaşayış məntəqələri işıqsız qalıb, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub
12:49
Lerikə bir metrədək qar yağıb, əksər yaşayış məntəqələri işıqsız qalıb, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub


Azərbaycanın dağlıq Lerik rayonunda srağagün gecə saatlarından başlanan qeyri-sabit hava şəraiti davam edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lerik rayon hidrometeoroloji stansiyasından APA-nın cənub bürosuna verilən məlumata görə, qarın qalınlığı rayon mərkəzində 40-45 sm, ucqar yaşayış məntəqələrində isə 80 sm-1 m-ə çatıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək ilin bu vaxtlarında bu cür sərt hava şəraiti müşahidə olunmayıb. Yağan qar nəticəsində rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib, kəndlərarası yollarda nəqliyyatın hərəkəti iflic olub. Lənkəran-Lerik şosesi isə işlək vəziyyətdədir.
Просмотров: 224 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031