Понедельник, 06.05.2024, 08:52
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 25 » Ələt-Astara magistralında maye qaz daşıyan yük maşını aşıb, ətrafa çoxlu miqdarda maye qaz yayılıb
19:11
Ələt-Astara magistralında maye qaz daşıyan yük maşını aşıb, ətrafa çoxlu miqdarda maye qaz yayılıb


Cəlilabad. Ağəddin Babayev- APA.. Azərbaycanın Cəlilabad rayonunda maye qaz daşıyan yük maşını aşıb. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Ələt-Astara magistralının 129-cu kilometrliyində - Cəlilabaddakı mebel fabrikinin yaxınlığında qeyd alınıb. 

Lənkəran rayon sakini Tofiq Kərimovun idarə etdiyi "Maz” markalı ağır tonajlı maye qaz daşıyan yük maşını texniki nasazlıq səbəbindən aşıb. Nəticədə maye qaz ətrafa yayılıb, sürücü isə yüngül xəsarət alıb. Hazırda avtomobillər yolun kənardakı alternativ yoldan istifadə edirlər. Qəza baş verən ərazi polis tərəfindən mühafizə olunur. Hadisə baş verən əraziyə Bakıdan qəza xilasetmə qrupunun gəlməsi gözlənilir. 
Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930