Суббота, 04.05.2024, 15:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 9 » Lənkəranlı bağbanın yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib
09:41
Lənkəranlı bağbanın yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. 59  yaşlı bağbanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, o, konfet ağacının meyvəsinin toxumlarını hələ 1980-ci illərin ortalarından evə gətirərək, onları xüsusi qablarda cücərtməklə daha sonra şitillərini torpağa basdırıb. Aqrotexniki qulluq sayəsində konfet ağacı boy ataraq 2 il sonra bar verib. İndi Nizam Cabbarovun həyətində konfet ağacının sayı bir deyil, onlarladır.

 

Bağbanın sözlərinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda təcrübə olaraq ilk dəfə 1935-ci ildə Mərdəkanda yetişdirilib.  Nəticə müsbət olduğundan konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub. Nizam kişi isə konfet ağacının sayını artıraraq, ondan tanışlarına, qonum-qonşulara da hədiyyə edib. N.Cabbarovun sözlərinə görə, konfet ağacı iyun ayının ortalarında çiçək açır: ”Bu zaman arılar ağacın ağ çiçəklərinə qonaraq nektar toplayırlar. İndi mən konfet ağacının hesabına həm də arıçılıqla məşğul oluram. Bəslədiyim 5 arı pətəyi sayəsində ailə büdcəmizə əlavə gəlir daxil olur”.

 

Nizam kişinin qənaətincə, konfet ağacının sürüşmə baş verən ərazilərdə əkilib çoxaldılması torpağın eroziyaya uğramasının qarşısını alır: ”Ağacın kökləri torpağın dərin qatlarına uzanıb getdikcə sürüşmə təhlükəsi minimuma enir”.

 

Maraqlıdır ki, konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat vardır. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir.

 

Qeyd edək ki, Azərbaycan üçün nadir bitki növlərindən sayılan konfet ağacını qoruyub gələcək nəsillərə ötürmək məqsədilə onun adı ölkənin "Qırmızı kitab”ına daxil edilib.

Просмотров: 274 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031