22 iyul Milli Mətbuat günü
respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi.
Həmin gün ilk öncə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkına gələrək
Ulu Öndərin abidəsini ziyatər etdilər, abidənin önünə tər qərənfillər düzdülər.
Daha sonra Lənkəran şəhər İcra
Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranda fəaliyyət göstərən mətbuat
işçilərinin nümayəndələrini qəbul etdi.
İcra Hakimiyyətinin konfrans
zalında keçirilən qəbulu giriş sözü ilə açan Taleh Qaraşov əsası 22 iyul
1875-ci il tarixdə görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş "Əkinçi” qəzetinin keçdiyi şərəfli yol haqqında danışdı, milli
mətbuatımızın 137 illik tarixinə qısa ekskurs etdi, Ümummilli Lider Heydər
Əliyevin kütləvi informasiya vasitələrinə verdiyi qiymətdən, jurnalistlərə
göstərdiyi diqqət və qayğıdan söhbət açdı, hazırda möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin KİV nümayəndələrinə göstərdiyi dövlət qayğısından danışdı,
mətbuat işçilərinin ictimai-siyasi həyatımızda mühüm rol oynadığını xüsusi
vurğuladı.
Daha sonra "Aşkarlıq”
qəzetinin baş redaktoru Etibar Əhədov, "Lənkəran” qəzetinin baş redaktoru
İltifat Əhmədov, "Olaylar” informasiya agentliyinin cənub bölgəsi üzrə müxbiri
Hafiz Mirzə, "Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov,
"Ayna-Zerkalo”qəzetlərinin bölgə müxbiri Xaqani İbadov və ekoloq-jurnalist
Bəxtiyar Hüseynov çıxış edərək müasir medianın tələblərindən irəli gələn
vəzifələrdən danışdılar, arzu, təklif və rəylərini söylədilər, bu günkü qəbula
görə İcra başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda Taleh Qaraşov qəbulda
iştirak edənlərin hər birinə ŞİH-nin fəxri fərmanlarını və pul mükafatını
təqdim etdi.
|