Понедельник, 29.04.2024, 10:03
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 23 » Lənkəranın daha yeddi yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub
19:01
Lənkəranın daha yeddi yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub



Lənkəran. Ağəddin Babayev – APA. Noyabrın 23-də  Lənkəran rayonunun İstisu, Hirkan, Gərmətük qəsəbələrinə, Girdəni, Boladi, Bürcəli kəndlərinə və Lənkəran şəhərinin cənub məhəlləsindəki yaşayış massivinə  təbii qazın verilişi bərpa olunub.

 

APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun əlaqədar idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak ediblər.

 

Bildirilib ki, son illər ölkənin, o cümlədən Lənkəranın qaz təminatının yaxşılaşdırılması, təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, qaz şəbəkəsinin inkişafı istiqamətində ARDNŞ-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən genişmiqyaslı işlər aparılır, qaz təchizatı sistemində mövcud olan bir sıra problemlər aradan qaldırılır. Hazırda Lənkəran rayonunun 13 kəndində qazlaşdırma ilə bağlı işlər tamamlanmaq üzrədir, 18 yaşayış məntəqəsində isə işlər davam etdirilir.

 

Çıxışlarda o da qeyd olunub ki, 724 abonenti olan İstisu qəsəbəsində, 400 abonenti olan Gərmətük qəsəbəsində, 358 abonenti olan Hirkan qəsəbəsində, eləcə də 350 abonenti olan Girdəni kəndində, 500 abonenti olan Boladi kəndində, 581 abonenti olan Bürcəli kəndində, 668 abonenti olan Lənkəran şəhərinin cənub məhəlləsində qazlaşdırma işləri birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla həyata keçirilib. Bu yaşayış məntəqələrindəki abonentlər sayğacla təchiz olunmaqla bütün həyətlərdə fərdi tənzimləyicilər quraşdırılıb. 

Просмотров: 224 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930