Вторник, 07.05.2024, 00:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 19 » Lənkəranın dağlıq yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib
15:26
Lənkəranın dağlıq yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib



Lənkəran rayonunun dağlıq Bəliton kəndində torpaq sürüşməsi baş verib. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, sürüşmə kəndin 5 ərazisində qeydə alınıb. Onların fikrincə, 4 aydan bəri davam edən sürüşmə son günlər daha da aktivləşib. Torpaq sürüşməsi kənddə bir neçə fərdi yaşayış evi üçün ciddi təhlükə törədib. Kənd sakini Xoşvər İbrahimovaya məxsus 5 otaqlı ev qəzalı vəziyyətə düşdüyündən 4 nəfərlik ailə müvəqqəti olaraq qohumalarının yanına köçürülüb.

Bəliton kəndinə ezam olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları torpaq sürüşməsinin baş verdiyi ərazilərə baxış keçirib və sakinlərə dəyən ziyanın miqyasını müəyyənləşdiriblər. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi, rayon fövqəladə hallar komissiyasının  (FHK) üzvü Sərraf Heydərov isə APA-nın yerli bürosuna açıqlamasında Bəliton kəndində torpaq sürüşməsi nəticəsində qəza vəziyyətinə düşmüş evlərin siyahısının dəqiqləşdirildiyini, dəymiş ziyanın məbləğinin müəyyənləşdirildiyini və müvafiq tədbir görülməsi üçün əlaqədar təşkilatların məlumatlandırıldığını bildirib.

      Qeyd edək ki, Lənkəranın Hirkan qəsəbəsində də torpaq sürüşməsi qeydə alınıb. Qəza yerinə baxış keçirən FHN-nin mütəxəsisləri sürüşmənin ciddi fəsadlara səbəb olmayacağı qənaətinə gəliblər.

Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031